Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının. “Şəhrizad” romanının “xalqı” da eyni aqibətlə üzləşir; öz varlığını qorumaq üçün bircə yolu var, milli kimliyini ona təklif olunan mədəni kimliyinə qurban vermək. Aqşin Yenisey Vahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdirən folklordangəlmə və müəllifin yaradıcı fantaziyasını əks etdirən artefaktlar eklektik vəhdət deyil, milli-mədəni yaddaşın ilkin mənalarını dərk etməyə yönəlmiş polifonik bütövlükdür. Nəticə etibarilə, zahirən repressiyadan bəhs edirmiş kimi görünən “Şəhrizad” romanı milli-mənəvi ideallarla yanaşı, təbiətin qadın başlanğıcı və sənət qarşısında təzim aktına çevrilir. Mətanət Vahid